Putin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işini müsbət qiymətləndirib

   Putin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işini müsbət qiymətləndirib
  26 Noyabr 2021    Oxunub:989
“Qarabağda sülhməramlılarımız müsbət rol oynayır, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəal işləyir”.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bildirib.
“Təəssüflər olsun ki, problemlər və hadisələr var. Təəssüf ki, hələ də itkilər olur. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya lideri qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti