"Rasizm və faşizm ermənilərin genetik kodundadır" - Millət vəkili

   "Rasizm və faşizm ermənilərin genetik kodundadır" -    Millət vəkili
  26 Noyabr 2021    Oxunub:1296
“Ermənistanın bütün mənalarda rəzil vəziyyətə düşməsinin başlıca səbəbi erməni xalqının daimi şizofrenik vəziyyəti ilə bağlıdır. Proseslərin məntiqi bu və ya digər səviyyədə dərk edən bəzi ermənilər tarixlər boyu əzildiklərini, nəticədə bir şey əldə bilmədiklərini etiraf edirlər. Əslində belə də olmalıdır. Sağalmaz şəkildə xəstə psixologiyaya malik olan, hər zaman dağıdıcılığı, vandalizmi, terroru fəaliyyətinin əsas istiqaməti kimi nümayiş etdirən bir xalqın aqibəti fərqli ola bilməzdi”.
Bu sözləri AzVision.az -a millət vəkili, politoloq Elşad Mirbəşir deyib. O bildirib ki, regionda maraqları olan istənilən dövlətin erməniləri ilk növbədə alət kimi görməsi təsadüfi deyil: “Çünki, region xalqlarından yalnız ermənilərin genetik kodunda qeyri-erməni olan hər bir kəsə münasibətdə yırtıcılıq, vəhşilik hissləri var. Vaxtilə rus tədqiqatçısı Veliçko yazırdı ki, ermənilər Qafqazda qeyri-erməni olan hər kəsi, hətta rusları da məhv etməyə hazırdırlar. O, qeyd edirdi ki, Azərbaycanın Tərtər kəndində rusların yaşadığı əraziyə erməni həkim göndərilmişdir. Bu həkim də tam əks müalicə apararaq, xəstələrin ölməsi üçün əlindən gələni edir. Bu zaman “gəbərin rus köpəkləri” ifadəsini işlətməkdən də çəkinmirdi”.

Politoloq bildirib ki, ermənilərin bu xarakterinin planetar təhlükə olduğu şübhəsizdir. Bu xəstə xalq başa düşmür ki, qonşu xalqlara, xüsusilə də Azərbaycan xalqına qarşı barışmaz düşmənçiliyi nəticədə özlərinə baha başa gəlir. Yəni, ermənilər özləri özlərinə qəsd edirlər və bunun dərk etmirlər.

- Dərk etmiş olsaydılar, “ərik ölkəsi” partiyasının rəhbəri Zaruyi Postancyan özünün nə dərəcədə mənəvi deqradasiyaya uğradığını nümayiş etdirərək xalqımıza qarşı olduqca təhqiramiz ifadələr işlətməyə cəsarət edib. Növbəti dəfə müşahidə edirik ki, rasizm, faşizm ermənilərin qanındadır və onları xilas etmək mümkün deyil. Bu başıpozuq xalqı hərəkətləndirən yalnıza bir amil var-azərbaycanlılara nifrət. Bununla da, ermənilər həm də dünyaya nümayiş etdirirlər ki, onlar dinc-yanaşı mövcud olmaq mədəniyyətindən çox-çox uzaqdırlar. Amma Vətən müharibəsinin dərsi əsrlərlə ermənilərin yaddaşında qalacaq. Nəticə çıxarmasalar, dövlət və xalq olaraq mövcudluqları sual qarşısında qalacaq. Onsuz da, Ermənistanın baş tutmamış dövlət statusu getdikcə möhkəmlənməkdədir,- millət vəkili vurğulayıb.


Teqlər: Erməni-xisləti  





Xəbər lenti