"Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasına töhfə verəcək" - Çavuşoğlu

   "Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasına töhfə verəcək" -    Çavuşoğlu
  27 Noyabr 2021    Oxunub:1342
"İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi qardaş Türkmənistana təhvil veririk".

AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb.
"İƏT Asiya və Avropa arasında körpü olmalıdır. İslamabad-Tehran-İstanbul nəqliyyat dəhlizi buna ən yaxşı nümunədir. Zəngəzur dəhlizi isə regionun iqtisadi inteqrasiyasına töhfə verəcək", - nazir vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zəngəzur-dəhlizi  





Xəbər lenti