Ceyhun Bayramovla Çavuşoğlu arasında görüş olub - YENİLƏNİB

  Ceyhun Bayramovla Çavuşoğlu arasında görüş olub -  YENİLƏNİB
  27 Noyabr 2021    Oxunub:1837
Noyabrın 26-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az - a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***
14:56

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Çavuşoğlu tvitterdə yazıb.

"Can Azərbaycanın xarici işlər naziri əziz qardaşım Ceyhun Bayramovla bölgəmizdə baş verən son hadisələri müzakirə etdik. Birlikdə işləməyə davam edəcəyik", - Çavuşoğlu vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti