"Xəzər-Qafqaz regionunun dərin transformasiyası gedir"- Davtyan

"Xəzər-Qafqaz regionunun dərin transformasiyası gedir"-   Davtyan
  29 Noyabr 2021    Oxunub:1335
Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli sazişin imzalanması erməni mətbuatında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
AzVision.az xəbər verir ki, yerli media müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qazın göndərilməsini regionda yeni dövrün başlanması kimi qiymətləndirir.

Enerji və təhlükəsizlik üzrə ekspert, “Institute for Energy Security” təşkilatının rəhbəri Vahe Davtyan mətbuata verdiyi açıqlamada deyib ki, əvvəlki illərdə olduğu kimi İrəvan yenə də böyük iqtisadi-siyasi proseslərdən geri qalır.

"İrəvan Tehrandan uzaqlaşanda İran işğala son qoyulmasını alqışlamalı idi"- Köçəryan
- Tehran və Bakı İran vasitəsilə Türkmənistandan Azərbaycana ildə 2 milyard kubmetrədək qaz tədarükü haqqında saziş imzaladılar. Gözümüzün qarşısında Xəzər-Qafqaz regionunun dərin transformasiyası prosesi gedir. Hansı ki, burada Ermənistan yenidən adi qəpik kimi istifadə olunur.
Belə bir İran-Azərbaycan sazişinin imzalanması xırda və ya adi texniki diversifikasiya deyil. Bu, tərəflər arasında strateji münasibətlərin qurulması siyasətinin bilavasitə nəticələrindən biridir. Və baş verənlərə aydınlıq gətirsək, görünən odur ki, regional oyunçular Şimal-Cənub nəqliyyat və enerji marşrutunun logistikasını razılaşdırıblar. Bu barədə ən azı 2017-ci ildən yazıram.Yeri gəlmişkən, bu, Ermənistan üçün məlum dəhlizin təminatından az təhlükəli deyil və uzunmüddətli perspektivdə daha da təhlükəli ola bilər,-Davtydan deyib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   İran   Azərbaycan   Saziş  





Xəbər lenti