Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb

   Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb
  29 Noyabr 2021    Oxunub:1292
"44 günlük Vətən müharibəsi dövründə Ermənistan bir sıra ölkələrin, xüsusən də Yunanıstandan olan hakerlərdən dəstək alıb".
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən kibertəhlükəsizlik konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. Onun sözlərinə görə, bu tipli dəstəklər əsasən rusdilli kontentdən əldə edilirdi:

"44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına 2 678 hücum həyata keçirilib ki, onlarında hamısının uğurla qarşısı alınıb. Müharibənin ilk günlərində "DDoS" hücumlar oldu və bu hücumlar müharibənin sonuna qədər davam elədi. Həmçinin onlar "fishing" hücumlar həyata keçirirdilər ki, məqsəd insanları çaşdırmaqdan ibarət idi. Bu baxımdan onlar tez-tez dezinformasiyalardan da istifadə edirdilər".

AzVision.az



Teqlər: Kibertəhlükə  





Xəbər lenti