SOCAR YDM-lərində elektromobillər üçün şarj avadanlıqları quraşdırılacaq

SOCAR YDM-lərində elektromobillər üçün şarj avadanlıqları quraşdırılacaq
  01 Dekabr 2021    Oxunub:1578
Yaxın aylarda SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqlar quraşdırılacaq.
Bunu AzVision.az -a açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib. O bildirib ki, artıq bir neçə məntəqədə belə avadanlıqlar quraşdırılıb.

"Bunların sayı getdikcə artacaq. "SOCAR Petrolium" çalışır ki, ən qısa müddətdə Bakı və regionlardakı bütün məntəqələrimizdə belə avadanlıqlar olsun. Nəticədə rəqabət də artacaq və digər şirkətlərdə yanacaqdoldurma məntəqələrində şarj avadanlıqları quraşdırmaq istəyəcəklər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti