Şəhidlərlə vida mərasimi keçirilib - VİDEO + FOTOLAR

 Şəhidlərlə vida mərasimi keçirilib -  VİDEO + FOTOLAR
  01 Dekabr 2021    Oxunub:3822
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla vida mərasimi başa çatıb.
AzVision.az xəbər verir ki, qəza nəticəsində həlak olan hərbçilər II Fəxri xiyabanda dəfn olunacaq. Şəhidlərin cənazələri dəfn edilmək üçün II Fəxri xiyabana yola salınıb.



***12:00***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, vida mərasimində DSX rəisi Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



General mayor Ayaz Hüseynov helikopter qəzasında həlak olanların dosyelərini təqdim edib. Mərasimdən sonra şəhid hərbi qulluqçuların nəşləri dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.



Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.












AzVision.az


Teqlər: DSX   Vida  





Xəbər lenti