"Azərbaycanlı qardaşlarımız bütün dünyaya dərs verdi" - Əziz Sancar

   "Azərbaycanlı qardaşlarımız bütün dünyaya dərs verdi" -    Əziz Sancar
  01 Dekabr 2021    Oxunub:1343
Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu” keçirilir. AzVision.az xəbər verir ki, forumda Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar, Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov iştirak edir.
Ə.Muradov forumda 50-ə yaxın şəhid övladının iştirak etdiyini qeyd edib: "Azərbaycan 30 ildən sonra öz doğma torpaqlarına qovuşdu. Biz bu gün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik".

Əziz Sancar isə çıxışında bildirib ki, Qarabağ zəfəri ilə Azərbaycan bir çox şeyə nail oldu:

"Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Birincisi, azadlıq verilmir, azadlıq qazanılır. İkincisi, Türkiyənin İstiqlal savaşından sonra Qarabağ müharibəsi imperialistlərə bu mesajı verdi: "Bizim torpağımızı ala bilməzsiniz". Üçüncüsü, bütün bunlar imperializmin zamanının keçdiyini bir daha sübut etdi. Başqasının torpağını işğal edib bunu dünyaya qəbul etdirə bilməzsiniz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Əziz-Sancar   Qarabağ  





Xəbər lenti