"ASAN xidmət" ağacəkmə kampaniyasına qoşulub

"ASAN xidmət" ağacəkmə kampaniyasına qoşulub
  04 Dekabr 2021    Oxunub:1322
"IDEA" İctimai Birliyinin, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyası davam edir.
Kampaniya çərçivəsində bu gün Xocasən qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, "ASAN xidmət" mərkəzlərinin, o cümlədən digər qurumların əməkdaşlarının və könüllülərinin iştirakı ilə 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.

"Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.








AzVision.az


Teqlər: ASAN  





Xəbər lenti