Bayden əfqan qaçqınlara 7 milyard dollar ayırdı

Bayden əfqan qaçqınlara 7 milyard dollar ayırdı
  04 Dekabr 2021    Oxunub:910
ABŞ əfqan qaçqınları üçün 7 milyard dollar ayıracaq. Prezident Co Bayden artıq bununla bağlı müvafiq qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Vəsait Amerika hərbçiləri Kabildən çıxmamışdan əvvəl ölkədən evakuasiya edilmiş Əfqanıstan vətəndaşlarına şamil ediləcək. 7 milyardın gələn il fevralın 18-dək ayrılacağı gözlənilir.

Xatırladaq ki, sentyabrda eyni məqsədlər üçün 6,3 milyard dollar ayrılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bayden   Dollar   Qaçqın   Əfqan  





Xəbər lenti