Ərdoğanın mitinqində terrorun qarşısı alınıb

   Ərdoğanın mitinqində    terrorun qarşısı alınıb
  04 Dekabr 2021    Oxunub:1490
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdə keçirilən mitinqində polis məmurunun avtomobilinin altına qoyulan partlayıcı qurğu son anda zərərsizləşdirilib. Qurğunu istehkamçı qruplar Ərdoğanın çıxışına az qalmış məhv ediblər.
Polis şübhəliləri tutmaq üçün əməliyyata başlayıb.

Siirt ölkənin cənub-şərqində yerləşir. Türkiyə Prezidenti tərəfdarları qarşısında çıxış etmək üçün bu gün Siirtə gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti