"Ölkəmizdə əsgər qarışqa kimi yoxa çıxır"- Erməni mediası

   "Ölkəmizdə əsgər qarışqa kimi yoxa çıxır"-   Erməni mediası
  07 Dekabr 2021    Oxunub:1130
Ermənistan mediası ölkədə əsgərlərin yoxa çıxmasının artıq adi hal aldığını yazıb. AzVision.az xəbər verir ki, saytlar bir müddət öncə itkin düşən hərbçi barədə hələ də informasiya olmamasını müəmmalı məqam kimi qiymətləndirirlər.
- Noyabrın 16-da, Zəngəzurda atışma gedən vaxt bir müqaviləli əsgərin- Vahe Manukyanın itkin düşməsi barədə məlumat vermişdik. Yeri gəlmişkən, “Hraparak”ın redaksiyasına zəng edən Manukyanın qardaşı bildirib ki, həmin əsgər məlum hadisələrdən 5 gün əvvəl- hərbi xidməti başa vurduqdan sonra yoxa çıxıb.

Erməni spiker: "Mənim üçün erməni əsir yoxdur"- VİDEO
“Onunla danışandan sonra çıxıb getdi və bundan sonra əlaqə saxlaya bilmirik. Müdafiə Nazirliyinə zəng etdim. Deyirlər ki, axtarışlar gedir. İnsan Hüquqlarının Müdafiəsi Ofisi və s. aidiyyəti qurumlara da müraciət etmişik. Bizim üz tutduğumuz yerlərdə yeni heç bir məlumat verilmir. Hər gün zəng edirik, telefonu söndürürlər. Həyat yoldaşı hərbi hissəyə getmişdi. Deyirlər ki, burada da yoxdur” – itkin hərbçinin qardaşı bildirib.

Sayt yazır ki, bu gün yenidən əsgərin həyat yoldaşı ilə əlaqə saxlayıblar.

- Öyrəndik ki, hadisədən təxminən bir ay keçməsinə baxmayaraq hərbçi hələ də tapılmayıb, Müdafiə Nazirliyi “gözləyin”dən başqa heç nə demir.

Məqalə müəllifi gileylənərək qeyd edir ki, Ermənistanda insan qarışqa kimi yoxa çıxa bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbçi  





Xəbər lenti