“ASAN müraciət”in Əsasnaməsi təsdiqləndi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda müəyyən edilən keçid dövrü nəzərə alınmaqla, “ASAN müraciət” informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.
“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda qeyd olunan dövlət orqanlarına (qurumlarına) tapşırılıb ki, həmin Əsasnamə ilə müəyyən edilmiş funksiyalarının həyata keçirilməsini təmin etmək məqsədilə 2 (iki) ay müddətində müvafiq tədbirlər görsünlər.
AzVision.az
Teqlər: ASANmüraciət