Türkiyə 3 şəhid verdi, 6 terrorçu məhv edildi

   Türkiyə 3 şəhid verdi,    6 terrorçu məhv edildi
  09 Dekabr 2021    Oxunub:976
İraqın şimalında "Pəncə-İldırım" əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində 3 əsgər şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bölgədə müəyyən edilən hədəflərə qarşı hava əməliyyatı həyata keçirilib və 6 terrorçu zərərsizləşdirilib.

"Bölgədə əməliyyat davam edir. Şəhidlərimizin qanı yerdə qalmadı. 3 qəhrəman silah yoldaşımızı şəhid edən 6 PKK terrorçusu zərərsizləşdirilib”, - Milli Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Əməliyyat  





Xəbər lenti