“ASAN xidmət” Abşeronda

“ASAN xidmət” Abşeronda
  02 Aprel 2014    Oxunub:653
Azərbaycan prezidentinin tapşırığına əsasən “Asan xidmət” əhaliyə səyyar xidmət göstərilməsini davam etdirir.
Aprel ayının ilk günlərində bu xidmətdən Abşeron rayonunun sakinləri də yararlanmağa başlayıblar.

AzVision.az-ın məlumatına görə, Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində “ASAN” xidmətin ən son müasir texnoloji avadanlıqlarla təchiz edilmiş ixtisaslandırılmış avtobusu aprelin 12-dək 195 mindən çox sakinə xidmət göstərəcək.

Səyyar xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Bu xidmətlərə notariat fəaliyyəti, ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, torpaq kadastrı, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.


Teqlər:





Xəbər lenti