Mahir Emreli sükutu pozdu - Video

Mahir Emreli sükutu pozdu -    Video
  19 Dekabr 2021    Oxunub:1075
"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli uzun müddətdən sonra səssizliyini pozub.
AzVision.az xəbər verir ki, o, Polşa çempionatında sentyabrın 25-i keçirilən "Rakuv"la matçın (2:3) 33-cü dəqiqəsində vurduğu qolun videosunu "salam aleykum" sözləri ilə paylaşıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Millimizin üzvünün "Legiya"dan ayrılmaqda qərarlı olduğu bildirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti