Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb

   Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb
  20 Dekabr 2021    Oxunub:229
Bu günə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib. O bildirib ki, müraciətlərin 9550-si Mediasiya Şurası tərəfindən mediatorlara bölünüb və işlərə baxılıb:

"Müraciətlərdən 3033-ü düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib.

Daxil olan müraciətlərin 8515-i ailə mübahisələrinə, 740-ı kommersiya məsələlərinə aiddir. Eyni zamanda bu dövrdə 297 əmək mübahisəsi məsələlərinə baxılıb. Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimiz, uğurlarımızdan danışa bilmirik. Lakin baza olaraq növbəti il üçün kifayət qədər işlər görüldüyünü düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur".

Aytən Zəhra
AzVision.az

Teqlər: Mediasiya-Şurası  







Xəbər lenti