Zelenski Lukaşenkonu Rusiyanın nüvə silahı ilə oynamamağa çağırıb

Zelenski Lukaşenkonu Rusiyanın nüvə silahı ilə oynamamağa çağırıb
  20 Dekabr 2021    Oxunub:413
Belarus rəhbəri Aleksandr Lukaşenkonun Rusiyanın nüvə arsenalının bir hissəsinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı dediyi sözlər məsuliyyətsizlikdir.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski brifinq zamanı bildirib.

“Biz dəfələrlə Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krım ərazisində nüvə silahının yerləşdirilməsi barədə eşitmişik, indi də Belarusla bağlı belə məlumatlar eşidirik. Hesab edirəm ki, belə şeylərlə oynamaq olmaz ” - deyə Zelenski qeyd edib.

Zelenski bildirib ki, Rusiya dünyada münaqişələrin eskalasiyası barədə düşünməsin deyə bu ölkəyə qarşı güclü qabaqlayıcı tədbirlər görmək lazımdır.

AzVision.az

Teqlər: Belarus   Ukrayna  







Xəbər lenti