Azərbaycanda daha 577 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

   Azərbaycanda daha 577 nəfər COVID-19-a yoluxub,    9 nəfər vəfat edib
  20 Dekabr 2021    Oxunub:297
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 577 yeni yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 338 nəfər müalicə olunaraq sağalıb, 8 208 nəfər vəfat edib, aktiv xəstə sayı 15349 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 777, ötən müddət ərzində isə ümumilikdə 5 757 381 test aparılıb.

AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti