"Gələcəkdə regional təhsil idarələrinin səlahiyyətləri artırılacaq"- Emin Əmrullayev

   "Gələcəkdə regional təhsil idarələrinin səlahiyyətləri artırılacaq"-   Emin Əmrullayev
  21 Dekabr 2021    Oxunub:592
"Gələcəkdə bir sıra səlahiyyətlərin regional təhsil idarələrinə verilməsi nəzərdə tutulur. Onlar bu funksiyaları düzgün yetirməyə hazır olduqda, məsələn müəllimlərin işə qəbulunun və digər vəzifələrin həyata keçirilməsinin yerlərə verilməsini həyata keçirəcəyik".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, regional təhsil idarələrinin yaradılması uzunmüddətli dövrdə qeyri mərkəzləşdirməni həyata keçirməyə imkan verəcək.

Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda təhsil idarələrin yaradılması şanlı zəfərin bariz nümunəsidir.

Aytən Bağırzadə
AzVision.az



Teqlər: Təhsil   Nazir  





Xəbər lenti