"Mən məktəbdə oxuyanda da pul yığılırdı" - Təhsil nazirindən etiraf

   "Mən məktəbdə oxuyanda da pul yığılırdı" -    Təhsil nazirindən etiraf
  21 Dekabr 2021    Oxunub:3541
"Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi. Burada bir neçə format var. Valideynlər ümumiyyətlə, məktəbin idarə olunmasında iştirak etməməlidir. Sovet dönəmində belə idi. Dövlətin hamı üçün hər şeyi etmək imkanları yoxdur".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib.

"Məktəblərdə pul yığımı qanun pozuntusudur? Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olmalıdır. Bu yığım qeyri-qanuni olmamalıdır, şəffaf olmalıdır. Valideyn-Müəllim Assosiasiyaları ictimai qurumdur, Təhsil Nazirliyinə tabe deyil. O təşkilatın müəllim və valideynləri nə qədər təmsil etməsi vacibdir", deyə, nazir bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti