Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb

   Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb
  21 Dekabr 2021    Oxunub:369
"Məktəblərdə kliplərin məzmunundan asılı olmayaraq çəkiliş aparılması qaydalara ziddir. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu cür hərəkətlər qeyri-qanunidir:

"Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb".

Aytən Zəhra
AzVision.az

Teqlər: Məktəb  







Xəbər lenti