İtkin düşən 13 yaşlı qızı əmisi qaçırdı - Təfərrüat
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Azyaşlının əmisi tərəfindən seksual hərəkətlərə məruz qaldığı ehtimal olunur.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
AzVision.az
Teqlər: