"Ordunun döyüş qabiliyyəti artıb"- Şoyqu

"Ordunun döyüş qabiliyyəti artıb"-   Şoyqu
  21 Dekabr 2021    Oxunub:1162
"Rusiya Silahlı Qüvvələri bir il ərzində bütün tapşırıqları yerinə yetirib, onların döyüş qabiliyyəti 12,8 % artıb".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiyasının iclasında məlumat verib.

- Silahlı Qüvvələr tərəfindən 2021-ci il üçün müəyyən edilmiş bütün tapşırıqlar yerinə yetirilib. Onların döyüş qabiliyyəti 12,8% artıb. Ölkənin müdafiə qabiliyyətinin müəyyən edilmiş səviyyədə saxlanılması təmin edilib,-Şoyqu prezident Vladimir Putinin də iştirak etdiyi tədbirdə deyib.

Şoyqu qeyd edib ki, bütün bağlanmış müqavilələrin icrası sayəsində beş mindən çox əsas silahların tədarükü təmin edilib. Hərbi texnikanın istismara yararlılığı isə 95% səviyyəsində saxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Silah  





Xəbər lenti