Bakıda restoranda yanğın: 3 nəfər zəhərlənib

Bakıda restoranda yanğın:   3 nəfər zəhərlənib
  22 Dekabr 2021    Oxunub:759
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən AzVision.az -a daxil olan məlumatda deyilir:

"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti