"Ailə münasibətlərinə maddi problemlər birinci yerdədir" - Deputat

   "Ailə münasibətlərinə maddi problemlər birinci yerdədir" -    Deputat
  22 Dekabr 2021    Oxunub:1139
"Ailə münasibətləri ilə bağlı bir suallar meydana gəlir. Biz klassik ailə modelini qorumaq üçün dəridən-qabıqdan çıxmalıyıqmı, yoxsa zamanın axarına buraxmalıyıq? Bu günkü ailə 10 il əvvəlin ailəsi deyil. İndi ailədə nəinki baba, nənə, hətta ata -ana da yoxdur".
AzVision.az xəbər verir ki, bunu əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib. O qeyd edib ki, əvvəllər ailə qurulanda əvvəl ev məsələsi soruşulurdusa, indi ana və atasına yaxın və uzaqda yaşaması sual edilir.

"Bu sorğu nəticəsində məlum olub ki, ailə münasibətlərinə maddi problemlər birinci yerdə durur. Ona görə biz pensiyaların, sosial müavinətlərin kəskin şəkildə artılmasına gedilməliyik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ailə   Deputat  





Xəbər lenti