Ağdamda qaçırılan 10-cu sinif şagirdi tapıldı

 Ağdamda qaçırılan 10-cu sinif şagirdi tapıldı
  22 Dekabr 2021    Oxunub:735
Ağdamda qaçırılan məktəbli qız ailəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a bildirilib ki, dekabr ayının 21-də yeniyetmə qızın qaçırılması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib. İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti