"Azərbaycanda qadın məhkəmə sədri yoxdur" - Anar Bağırov

   "Azərbaycanda qadın məhkəmə sədri yoxdur" -    Anar Bağırov
  22 Dekabr 2021    Oxunub:1078
"Mən tələbə olanda qrupda qadınların çox olmasına baxmayaraq, işləyən xanımların sayı olduqca az idi. Azərbaycan qadın vəkillərin sayı 22 faizi keçmir. Bizdə niyə bu vəziyyət var?".
AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bütün qonşu ölkələrdə qadın vəkillərin sayı 50 faizdən çoxdur: "Qadınlar irəli çəkilməlidir. Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur". A.Bağırov ailələrdə məişət zorakılığı hallarının hələ də qaldığını bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qadın   Məhkəmə  





Xəbər lenti