Azərbaycan Avropaya təbii qaz ixracını artıracaq

   Azərbaycan Avropaya təbii qaz ixracını artıracaq
  22 Dekabr 2021    Oxunub:1231
“Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb".
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə I Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb.

"2024-cü ilə Türkiyəyə 10 milyard kub metr təbii qaz ixrac olunacaq. Hazırda Avropadakı enerji böhranı fonunda Azərbaycan və Türkiyənin TANAP və TAP layihələrinin dəyəri daha da artır. Bu ilin 11 ayı ərzində Avropa ölkələri 7,3 milyard kub metr təbii qazla təhciz olunub. 2023-cü ildə bu rəqəm 11 milyard kub metrə çatacaq".

Nazir çıxışı zamanı “STAR” Neft Emalı Zavodu, Petkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyəti də vurğulayıb: “Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard dollardan çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə I Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyinin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktoru olduğu bildirilib

Aytən Zəhra
AzVision.az



Teqlər: Avropa   Türkiyə   qaz  





Xəbər lenti