Səhiyyə Nazirliyi valideynlərə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi valideynlərə xəbərdarlıq etdi
  22 Dekabr 2021    Oxunub:769
"Bəzən hər hansı göstəriş olmadan uşaqlara kalsium metabalizmasını bilmədən kalsium verilməsi heç də yaxşı nəticəyə səbəb olmur".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. E. Rəhimov mütəxəssis olaraq uşaqlara dərman vasitələrini ancaq ehtiyac olduğu təqdirdə verilməsinin tərəfdarı olduğunu vurğulayıb. O bildirib ki, bəzən ehtiyac olmadan uşaqlara kalsium qəbulu məsləhət görülür:

“Qanda kalsimun göstəricisini ölçmədən dərman qəbulu bəzi uşaqlarda kalsium miqdarının yüksək olmasını müşahidə edirik. Kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir. Ona görə də dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Yəni hansısa uşaqda kalsium azlığı varsa, bu ancaq həkim məsləhəti ilə verilə bilər”.

AzVision.az


Teqlər: Uşaq  





Xəbər lenti