"Rusiya ilə mövcud elektrik xətlərinin genişləndirilməsi layihəsi işlənilir"

   "Rusiya ilə mövcud elektrik xətlərinin genişləndirilməsi layihəsi işlənilir"
  22 Dekabr 2021    Oxunub:896
"Hal-hazırda Azərbaycan Rusiya, İran, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir. Türkiyədə “Azərenerji” ASC-nin törəməsi olan “Global Power” şirkəti fəaliyyətdədir. Bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır".
AzVision.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan-Türkiyə I Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan enerjisistemi qonşu Rusiya, Gürcüstan və İran enerji sistemləri ilə paralel rejimdə fəaliyyət göstərir:
"Bu məqsədlə mövcud güc ötürmə imkanlarını artırmaq üçün 2020-ci ildə Azərbaycan-Gürcüstan arasi 330 kV-luq yeni elektrik veriliş xətti istifadəyə verilib. İranla sayca 4-cü olan 220 kV-luq xəttin tikintisi bu günlərdə başa çatıb və İran enerjisistemi ilə əlaqələndirmənin yaradılması üçün son işlər həyata keçirilir".

B.Rzayev əlavə edib ki, Rusiya ilə hazırda mövcud olan elektrik xətlərinin genişləndirilməsi layihəsi işlənilir, yeni 330 kV-luq xəttin tikintisi planlaşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azernerji  





Xəbər lenti