İrandan Azərbaycana gətirilən duz yararsız çıxdı

   İrandan Azərbaycana gətirilən duz yararsız çıxdı
  22 Dekabr 2021    Oxunub:268
İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.
Bu barədə AzVision.az - a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İrandan Azərbaycana idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Duz  







Xəbər lenti