"Ukrayna sərhədi yaxınlığında 122 min rus hərbçisi var" - Danilov

   "Ukrayna sərhədi yaxınlığında 122 min rus hərbçisi var" -    Danilov
  22 Dekabr 2021    Oxunub:873
“Hazırda 122 min rusiyalı hərbçi Ukrayna sərhədindən 200 km məsafədə cəmləşib”.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, prezident və ölkənin ali hərbi rəhbərliyi vəziyyəti nəzarətdə saxlayır: "Biz orada nə baş verdiyini anlayırıq və vəziyyətin kəskinləşməsinə hazır olmalıyıq, hər şeyi yaxından izləyirik".

Danilov qeyd edib ki, ölkənin əlavə resursları var və ərazinin müdafiəsi zərurəti yaranarsa, təcavüzkar mütləq şəkildə dəf ediləcək: "Silah yağlanmalıdır. Ondan istifadə etməmək məsləhətdir, lakin lazım gələrsə, bütün vətəndaşlar nə edəcəyini bilirlər".

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti