Polis əməliyyatlar keçirib, daha 14 tüfəng götürülüb

Polis əməliyyatlar keçirib, daha 14 tüfəng götürülüb
  23 Dekabr 2021    Oxunub:345
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 14 ədəd ov tüfəngi götürülüb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az

Teqlər: DİN  







Xəbər lenti