"Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi işə başlayacaq" - Nazir

 "Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi işə başlayacaq" -  Nazir
  23 Dekabr 2021    Oxunub:777
"Yaxın vaxtlarda Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi işə başlayacaq".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir iki ölkə arasında siyasi dialoqun çox yüksək səviyyədə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklərin fəaliyyətə başlaması mövcud əlaqələri daha da genişləndirəcək: "Həmçinin, xarici işlər nazirlikləri arasında əlaqələr də daha sıx xarakter alacaq".

Nazir deyib ki, Azərbaycan dost ölkə ilə əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafında olduqca maraqlıdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti