"Qarabağın yenidənqurma məkanına çevrilməsi sevindirici haldır" - Nazir

"Qarabağın yenidənqurma məkanına çevrilməsi sevindirici haldır" -    Nazir
  23 Dekabr 2021    Oxunub:932
"Qarabağın döyüş meydanından böyük tikinti və yenidənqurma məkanına çevrilməsi çox sevindirici bir haldır".
AzVision.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, ölkəsinin parlamenti bununla bağlı qətnamə qəbul edib: “Azərbaycan da Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, - nazir bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: BosniyavəHerseqovina  





Xəbər lenti