“TikTok” “Google” və “Facebook”u qabaqladı - Siyahı

   “TikTok” “Google” və “Facebook”u qabaqladı    - Siyahı
  23 Dekabr 2021    Oxunub:537
“TikTok” 2021-ci ildə “Google” və “Facebook”u geridə qoyaraq, dünyanın ən çox istifadə olunan internet-resursuna çevrilib.
“Cloudflare”in verdiyi məlumata görə , hazırda planetin ən çox istifadə olunan internet-resurslarının ilk onluğu belədir: TikTok, Google, Facebook, Microsoft, Apple, Amazon, Netflix, YouTube, Twitter, WhatsApp.

Qeyd edək ki, ötən il “TikTok” siyahıda 7-8-ci yerlərdə idi. “Cloudflare” bildirir ki, “TikTok” ilk dəfə fevralda birinci yerə çıxıb, avqustdan isə mövqeyini möhkəmləndirib.

Onlayn satıcıların arasında isə reytinq belədir: Amazon, Ebay, Walmart, Taobao (“Alibaba”ya məxsus platforma) və JD.com.

Ən populyar messencerlər “WhatsApp”, “Telegram”, “WeChat” və “Signal”dır.

Samir Quliyev

Teqlər: TikTok  







Xəbər lenti