Nazir : "Azərbaycan Əfqanıstanı sonuncu tərk edən ölkələrdən olub”

   Nazir   : "Azərbaycan Əfqanıstanı sonuncu tərk edən ölkələrdən olub”
  23 Dekabr 2021    Oxunub:533
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlərinin son iclasında Əfqanıstandakı vəziyyətə dari yekun qətnamə qəbul olundu. Qətnaməyə əsasən, Həmrəylik Fondu yaradılacaq və bu fond İslam İnkişaf Bankının (İİB) nəzdində fəaliyyət göstərəcək və İİB tərəfindən idarə olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviçlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Əfqanıstana humanitar yardımların çatdırılması üçün logistika mərkəzlərinin olması vacibdir və iclasda razılaşdırılıb ki, iki belə mərkəz açılsın: “Bu mərkəzlərdən biri Pakistanda, digəri isə Özbəkistanda açılacaq. Əfqanıstanla bağlı məsələlərdə çevik koordinasiya vacibdir. Eyni zamanda, İƏT-in təmsilçiliyinin Əfqanıstanda genişləndirmək barədə razılıq əldə olundu".

Nazir deyib ki, Azərbaycan Əfqanıstana hər zaman dəstək verib və gələcəkdə də bu ölkəyə dəstək layihələrində iştirak etməyə hazırıq: "Azərbaycan qeyri-NATO ölkələri arasında ilk ölkə idi ki, sülhməramlı missiyada iştirak etdi. Biz təxliyə prosesinə də töhfə vermişik. Azərbaycan təxliyə müddətində oranı sonuncu tərk edən ölkələrdən biri olub”.

AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti