Ermənistanda polis mitinq iştirakçılarını döyüb- VİDEO

   Ermənistanda polis mitinq iştirakçılarını döyüb-   VİDEO
  23 Dekabr 2021    Oxunub:931
Bu gün Ermənistanda keçirilən etiraz aksiyası zamanı polis vətəndaşlara qarşı zorakılıq nümayiş etdirib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar Parakrda təşkil olunan mitinqlə bağlı videoları yayaraq artıq Ermənistanda demokratiyanın öz "balalarını yediyini" yazırlar.

- Polis nümayişçilərə qarşı sərt davranışlar sərgiləyir, hətta görüntülərdən də aşkar sezilir ki, onlar nümayişçini vururlar. Deputatlar və hüquq müdafiəçiləri, hamınız bu hadisəyə görə məsuliyyət daşıyırsınız. Bu ölkədə bu cür olaylar cərəyan etməməli idi. Təsdiqlənmiş məlumatlara görə, Parakarda keçirilən etiraz aksiyası zamanı artıq 6 nəfər saxlanılıb-, məqalədə yazılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın Armavir vilayətinin Parakar icmasında yerli seçkilərlə əlaqədar vəziyyət gərginləşib. Səsvermə nəticəsində insident yaranıb. "Ölkə üçün yaşam" partiyasının təmsilçisi Volodya Qriqoryan qalib gəldiyini bəyan edib. Eyni adlı blokun lideri David Minasyan isə bu bəyanatı təkzib edib.
Nəticədə hər iki namizəd tərəfdarları ilə birlikdə andiçmə mərasimi üçün administrasiya binasına gəlib. Əraziyə çoxlu sayda polis də toplaşıb.





Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti