Gömrüyün əməkdaşı Rusiyada qızıl medal qazandı - FOTO

   Gömrüyün əməkdaşı Rusiyada qızıl medal qazandı -    FOTO
  23 Dekabr 2021    Oxunub:831
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks birliyinin əməkdaşı Ramin Süleymanzadə dünya rekordunu təzələyərək qızıl medal qazanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzVision.az -a verilən məlumata görə, 60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 160 kq, "Benchpress" hərəkətində 116 kq və "Deadlift" hərəkətində 206 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin, idmançımız 3 hərəkətin cəmində 482 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.

Xatırladaq ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti