Nazir: "Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var"

      Nazir:    "Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var"
  23 Dekabr 2021    Oxunub:510
Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Təhsilin keyfiyyətinin ən yaxşı göstəricisi beynəlxalq tədqiqatlarda, qiymətləndirmələrdə görünən şagird nailiyyətləridir. Yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycan tədqiqatlarda qorxmadan iştirak edir. Eyni zamanda bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-də müsahibə verərkən deyib. O bildirib ki, qiymətləndirmələr zamanı arzuolunan səviyyədən uzaqdayıq:

“Bunun bir neçə səbəbi var: Məktəbəqədər təhsillə bağlı əhatəlilik aşağıdır, ibtidai təhsillə bağlı ənənəvi, xroniki problemlər var. Məktəbdaxili mühitdə məzmun problemi var. Beynəlxalq qiymətləndirmələrdə verilən suallarla bizim vacib hesab etdiyimiz suallar arasında fərq var. Ona görə qiymətləndirmələrdə şagirdlər aşağı nəticə göstərir. Zaman lazımdır ki, bu problemləri həll olunsun. Nəticələri tez görmək mümkün deyil”.

Nazir qeyd edib ki, təhsilin keyfiyyəti ilə bağlı əsaslı şəkildə işlər görməliyik: “Lakin Azərbaycanda son 8 ildə təhsilin müsbətə doğru dəyişməsi ilə bağlı qiymətləndirmələrin nəticələri var”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Təhsil  







Xəbər lenti