"Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək” - Nazir

   "Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək” -    Nazir
  24 Dekabr 2021    Oxunub:991
"Repetitorluq ali təhsil müəssisəsinə qəbul olmaq üçündür. Heç kim övladını riyaziyyatı daha yaxşı öyrənsin deyə repetitor yanına göndərmir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul faizi aşağıdır:

“Eyni zamanda hamı ali təhsildə ola bilmir. Biz ali təhsili hamı üçün qəbuk etmirik. Biz ali təhsili minimal balı toplamış insanlar üçün məqbul hesab edirik. Bu, cəmiyyətin gəldiyi qərardır.

Repetirorluq bir çox ölkələrdə var. Təhsildə rəqabətlilik çox olan yerlərdə repetitorluq var. Məsələn, tutaq ki, bu gün Azərbaycan təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır. Sabah islahat etdik, 200 baldan 300 bala qalxdı, 33 faiz təhsilin keyfiyyəti yaxşılaşdı. Uşaqlar repetitor yanına gedəcək? Yəqin ki gedəcək. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün iki nəfər mübarizə aparır. Daha yaxşı hazırlaşmaq, irəli getmək və o yeri əldə etmək üçün şəxs repetitor yanına gedəcək. Dövlət hamıya eyni dərəcədə məşq yeri yaradır. Lakin insanlar bilir ki, məktəbdən əlavə başqa yerdə məşğul olsa daha yaxşı nəticə əldə edəcək.

Repetotirluqla bağlı təmayül siniflər və məktəblər yaradıldı. Bunun dərin köklü problemləri var. Repetitorluq təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti