"Qarabağın ölkə iqtisadiyyatına reintenqrasiyası üçün Dövlət Proqramı hazırlanıb"

  "Qarabağın ölkə iqtisadiyyatına reintenqrasiyası üçün Dövlət Proqramı hazırlanıb"
  24 Dekabr 2021    Oxunub:695
İşğaldan azad edilən torpaqlarda tamamilə dağıdılmış ərazilərin bərpası böyük prosesdir və bu prosesi düzgün təşkil olunması onun nəticələri qədər önəmlidir. Bunu sistemli təşkil etmək üçün Azərbaycan hökuməti innovasiya həyata keçirir.
AzVision.az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda “İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramı” mövzusunda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə xüsusi əlaqələndirmə qərargahı yaradılıb:

"Burada bütün proseslər tənzimlənir. İdarələrarası mərkəzdə 11 tematik mövzu üzrə İşçi Qruplar fəaliyyət göstərir. Əvvəl onların sayı çox olsa da, problemlər həll olunduqca onların sayı azalır. Əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi sahəsində müxtəlif tədbirlər müəyyən olunub və bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reintenqrasiyası üçün Dövlət Proqramı hazırlanıb".

Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, islahatların bir hissəsi də xüsusi nümayəndəlik institutu ilə bağlıdır: “Bu institut əslində daha çevik və müasir metodlarla bərpa quruculuq prosesini həyata keçirməyə şərait yaratmalıdır. Bu, həm də gələcəkdə yerlərdə yeni idarəetmə institutlarının yaradılması üçün bir sınaq imkanıdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti