Milli Məclis Prezidenti təbrik edib

   Milli Məclis Prezidenti təbrik edib
  24 Dekabr 2021    Oxunub:611
Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova qanunverici orqanın bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyevi anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində uğurlar diləyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevi doğum günü münasibətilə ayaq üstə alqışlayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti