"Azərbaycanla yeni səhifə açmaq barədə razılığa gəldik" - İran XİN

   "Azərbaycanla yeni səhifə açmaq barədə razılığa gəldik" -    İran XİN
  24 Dekabr 2021    Oxunub:812
“Azərbaycana rəsmi səfər zamanı biz yeni səhifə açmaq barədə razılığa gəldik”.
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian tviter hesabında yazıb.

“Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə səmimi görüşlərdə əlaqələrimizi daha da genişləndirmək üçün yol xəritəsi müəyyən etdik. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnunam. Biz qonşularımıza üstünlük verməyə davam edirik”, - nazir qeyd edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: İran-XİN  





Xəbər lenti