Qarabağda döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - VİDEO

   Qarabağda döyüş növbətçiliyi yüksək səviyyədə aparılır -    VİDEO
  25 Dekabr 2021    Oxunub:840
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib.



Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün modul tipli komplekslərdə xidməti otaqlar mebellər, müasir tipli sanitar qovşaqları, qurutma otağı, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yataq ləvazimatları, mətbəx avadanlıqları və fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub. Hərbi qulluqçularımızın təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.

AzVision.az


Teqlər: MN   Qarabağ  





Xəbər lenti