"Taliban" maşında mahnıya qulaq asmağı qadağan etdi

 "Taliban" maşında mahnıya qulaq asmağı qadağan etdi
  25 Dekabr 2021    Oxunub:1156
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı avtomobillərdə musiqi səsləndirilməsini və hicabsız qadınları maşına mindirməyi qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə “Kabul News” məlumat yayıb. "Taliban” hökumətindəki rəsmiləri məlumatı təsdiqləyiblər. Bildirilib ki, sürücülərə musiqi səsləndirməmək və hicabsız qadınları maşına mindirməmək barədə yazılı tövsiyə verilib.

Daha əvvəl otellərdən birinin sahibi deyib ki, "Taliban" Əfqanıstanda toylarda canlı musiqini qadağan edib, indi kişilər və qadınlar müxtəlif salonlarda şənlik keçirməlidirlər.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti