ABŞ səfirliyinə "Böyük Rusiya yenidən doğulur" yazıldı-VİDEO

 ABŞ səfirliyinə    "Böyük Rusiya yenidən doğulur"  yazıldı-VİDEO
  25 Dekabr 2021    Oxunub:1561
SSRİ-nin çökməsindən düz 30 il sonra, 25 dekabr 2021-ci ildə Amerikanın Moskvadakı səfirliyində qəribə hadisə baş verib.
AzVision.az xəbər verir ki, səfirliyin binasında xüsusi işıq proyeksiyası peyda olub.

"Art qrup"lardan birinin üzvü olduğu iddia edilən naməlum şəxs ABŞ-a qeyri-adi yeni il təbriki ünvanlayıb. Hadisə ilə bağlı Rusiya mediası yazıb:

"Müəllif "Sem dayı"nı Milad bayramı münasibətilə təbrik edərək, öz yazısı ilə xatırladıb ki, 30 il əvvəl ABŞ-ın rəqibi olan fövqəldövlət Sovet İttifaqının dağılması onun gözəl hədiyyəsi olub. ABŞ səfirliyinin binasında belə bir mətn peyda olub-"Sem dayı, Milad bayramınız mübarək! 30 il əvvəl sənin gözəl hədiyyən var idi-25 dekabr 1991-ci il. Amma daha hədiyyələr olmayacaq. Böyük Rusiya yenidən doğulur".



Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti