Azərbaycanda son sutkada COVID-19-a 501 nəfər yoluxub, 15 nəfər ölüb

   Azərbaycanda son sutkada COVID-19-a 501 nəfər yoluxub,  15 nəfər ölüb
  25 Dekabr 2021    Oxunub:1262
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1 092 nəfər müalicə olunaraq sağalıb.

AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 920 nəfər müalicə olunaraq sağalıb, 8 284 nəfər vəfat edib, aktiv xəstə sayı 11 915 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 887, ötən müddət ərzində isə ümumilikdə 5 808 380 test aparılıb.

AzVision.az


Teqlər: COVİD   Statistika  





Xəbər lenti